Əhməd Şahidov ATƏT`in Vyana toplantısında müstəqil jurnalistika və media savadlılığı barədə məruzə edib


Martın 18`də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT`in Media Azadlığı üzrə Nümayəndəliyi, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ATƏT Finlandiya Katibliyi tərəfindən “Münaqişələr və humanitar böhranlar zamanı medianın rolu” başlıqlı iki günlük toplantı öz işini davam etdirib.

57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı toplantıda ATƏT coğrafiyasında media azadlığı, jurnalistlərin təhlükəsiz fəaliyyəti və dezinformasiya məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov müstəqil jurnalistika və media savadlılığı vasitəsilə cəmiyyətin dayanıqlılığının artırılması mövzusunda danışıb. Hüquq müdafiəçisi Əhməd Şahidov qeyd edib ki, jurnalistikanın və media savadlılığının gücləndirilməsi sayəsində cəmiyyətimizi daha məlumatlı, daha möhkəm və qarşılaşdığımız çətinliklərə daha dözümlü hala gətirə bilərik.