Martın 18`də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT`in Media Azadlığı üzrə Nümayəndəliyi, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ATƏT Finlandiya Katibliyi tərəfindən “Münaqişələr və humanitar böhranlar zamanı medianın rolu” başlıqlı iki günlük toplantı öz işini davam etdirib.
57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı toplantıda ATƏT coğrafiyasında media azadlığı, jurnalistlərin təhlükəsiz fəaliyyəti və dezinformasiya məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov dezinformasiyaya qarşı mübarizədə müstəqil medianın rolu və araşdırmaçı jurnalistikanın təsir imkanları barədə söz açıb.
Nümunə olaraq, Azərbaycanda uzun illər mövcud olmuş Rus Evinin şübhəli fəaliyyətindən söz açan Əhməd Şahidov bildirib ki, məhz araşdırmaçı jurnalistikanın, konkret olaraq, Baku TV`nin yayımladığı məlum süjet nəticəsində Rus Evinin fəaliyyəti qısa zamanda ifşa olundu və tezliklə mərkəzin akreditasiyası ləğv edildi.