Əhməd Şahidov Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulması barədə ATƏT`in Vyana toplantısında danışıb


Martın 17`də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT`in Media Azadlığı üzrə Nümayəndəliyi, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ATƏT Finlandiya Katibliyi tərəfindən “Münaqişələr və humanitar böhranlar zamanı medianın rolu” başlıqlı iki günlük toplantı öz işinə başlayıb.

57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı toplantıda ATƏT coğrafiyasında media azadlığı, jurnalistlərin təhlükəsiz fəaliyyəti və dezinformasiya məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov dünyadakı münaqişə ocaqları və humanitar fəlakət zonalarında medianın fəaliyyətinə toxunub. Yaxın Şərq, Ukrayna, Yəmən və Qarabağ müharibələri zamanı müstəqil medianın rolu və dezinformasiya aktları barədə danışan hüquq müdafiəçisi Əhməd Şahidov ötən ilin Dekabr ayında Rusiya səmasında vurulan Azərbaycana aid mülki təyyarə barədə məlumat verib və Rusiya mediasının hadisəyə yönəlik yalan məlumatlar yaydığını və Rusiya tərəfinin hələ də Azərbaycan xalqından rəsmən üzr istəmədiyini diqqətə çatdırıb.