AŞPA`da azərbaycanlı müxalif fəalların erməni deputatlarla birgə fəaliyyəti üzücüdür – Əhməd Şahidov AŞPA`dan müraciət etdi


Yanvarın 30`da Avropa Şurası Parlament Assambleyasının Qış Sessiyası çərçivəsində Azərbaycanla bağlı ayrıca yan təbir keçirilib. İspaniyadan olan deputat Laura Castel Fort adlı xanımın təşəbbüsü ilə keçirilən tədbirin əsas təşkilatçısı siyasi mühacir Emin Hüseynov idi.

Emin Hüseynov və digərləri öz çıxışlarında Azərbaycan dövləti əleyhinə şər-böhtan yağdıraraq, Azərbaycanın ümumiyyətlə Avropa Şurasından çıxarılmasını tələb edir və Bakıya qarşı ciddi sanksiyaların tətbiq edilməsini tələb edirdilər.

Təəssüf doğuran məqam ondan ibarət idi ki, Ermənistanın AŞPA`dakı nümayəndə heyəti tam tərkibdə həmin tədbirdə iştirak edirdi.