AŞPA`da Azərbaycan əleyhinə cəbhə genişlənir – Əhməd Şahidov Strasburqdan xəbər verir


Sentyabrın 28`də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının Qış Sesiyası öz işini davam etdirib. Ötən il Azərbaycan nümayəndə heyətinin AŞPA`dakı fəaliyyətinin dondurulmasından sonra AŞPA`da anti-Azərbaycan qüvvələr xeyli aktivləşib. Bu dəfəki Qış Sessiyasında da Azərbaycana qarşı yeni qərarların qəbul olunacağı və yeni məhdudiyyətlərin tətbiq ediləcəyi gözlənilir.

Hazırda Fransanın Strasburq şəhərində olan və AŞPA`nın Qış Sessiyasında yaxından iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanı layiqincə müdafiə etmək məqsədilə apardıqları işlər barədə məlumat verib.