Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu ATƏT-in yeni baş katibi seçilib. Bugün Maltada öz işini yekunlaşdıran ATƏT Nazirlər Şurasının 31. toplantısının yekunlarına həsr olunmuş mətbuat konfransında ATƏT-in hazırkı sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq yeni baş katibi media nümayəndələrinə təqdim edib.
Hazırda Maltada olan hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında Türk diplomatın ATƏT`in yeni baş katibi seçilməsini Türkiyə və Türk dövlətləri üçün diplomatik uğur kimi səciyyələndirib.