Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu ATƏT-in yeni baş katibi seçilib. Bugün Maltada öz işini yekunlaşdıran ATƏT Nazirlər Şurasının 31. toplantısının yekunlarına həsr olunmuş mətbuat konfransında ATƏT-in hazırkı sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq yeni baş katibi media nümayəndələrinə təqdim edib.
Hazırda Maltada olan hüquq müdafiəçisi Əhməd Şahidov Baku TV`ə açıqlamasında Türk diplomatın ATƏT`in yeni baş katibi seçilməsini Türkiyə və Türk dövlətləri üçün diplomatik uğur kimi səciyyələndirib.