ATƏT Nazirlər Şurasının 31-ci toplantısı Dekabrın 5-də Maltada öz işinə başlayıb. 5-6 Dekabr tarixlərində davam edəcək toplantıda 57 ölkənin xarici işlər nazirləri bir araya gələrək, ATƏT coğrafiyasında təhlükəsizlik və insan haqları məsələlərini müzakirə edirlər.
Toplantıda yaxından iştirak edən hüquq müdaifəçisi Əhməd Şahidov Maltadan ARB24 kanalına bağlanaraq, müzakirələrin gedişi və verilən açıqlamalar barədə məlumat verib.