ATƏT Nazirlər Şurasının 31-ci toplantısı bugün Maltada öz işinə başlayıb. 57 ölkənin xarici işlər nazirləri bir araya gələrək, ATƏT coğrafiyasında təhlükəsizlik və insan haqları məsələlərini müzakirə edirlər.
Toplantıda yaxından iştirak edən hüquq müdaifəçisi Əhməd Şahidov Maltadan video müraciət yayımlayaraq, müzakirələrin gedişi və verilən açıqlamalar barədə məlumat verib.