ATƏT`in yeni baş katibi Türk diplomat ola bilər – Əhməd Şahidov Maltadan ARB24 kanalına danışıb

ATƏT Nazirlər Şurasının 31-ci toplantısı bugün Maltada öz işinə başlayıb. 57 ölkənin xarici işlər nazirləri bir araya gələrək, ATƏT coğrafiyasında təhlükəsizlik və insan haqları məsələlərini müzakirə edirlər.

Toplantıda yaxından iştirak edən hüquq müdaifəçisi Əhməd Şahidov Maltadan ARB24 kanalına bağlanaraq, müzakirələrin gedişi və verilən açıqlamalar barədə məlumat verib.