Noyabrın 20`də COP29 konfransının 10-cu günündə Bakı Olimpiya Stadionunda yerləşən Qətər pavilyonunda Qətər Milli İnsan Haqları Komitəsi və Qətər Dövlətinin Ətraf Mühit və İqlim Dəyişlikliyi Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ombudsman Aparatı, Sosial Tədqiqatlar Mərkəzi və Azərbaycan Demokratiya və İnsan Haqları Komitəsinin dəstəyi ilə yan tədbir keçirilib.
Tədbirdə Qətər Dövlətinin Ətraf Mühit və İqlim Dəyişlikliyi Naziri Dr. Abdullah bin Abdulaziz bin Turki Al Subaie, Qətər Milli İnsan Haqları Komitəsinin rəhbəri Məryəm bint Abdullah Al Atiyya, Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva, Azərbaycan Respublikası Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Millət vəkili Zahid Oruc, Azərbaycan Demokratiya və İnsan Haqları Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov, media nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.
Tədbirdən sonra ARB24 Televiziyasına açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Bakı və Doha arasında beynəlxalq səviyyədə əlaqələrin genişləndiyini və iqlim dəyişikliyi üzrə iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar olduğunu qeyd edib.