Sentyabrın 30-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işinə başlayıb. 57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı illik toplantıda ATƏT coğrafiyasında insan haqları, fundamental azadlıqlar və münaqişələr müzakirə olunub.
Oktyabrın 8-də keçirilən müzakirələr “Tolerantlıq və qeyri-diskriminasiya: irqçilik, ksenofobiya, dözümsüzlük” mövzusunda baş tutub. Müzakirələrdə yaxından iştirak edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ATƏT toplantısında Azərbaycan əleyhinə səslənən qərəzli çıxışları tənqid edib.
Xüsusən də, erməni əsilli ayrı-ayrı çıxışçıların Azərbaycan əleyhinə ard-arda etdiyi çıxışları məqsədyönlü kampaniya kimi dəyərləndirən hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanın bölgədə sülh üçün çalışdığı bir vaxtda erməni təmsilçilərin nifrət dolu çıxışlarını qəbuledilməz adlandırıb və bildirib ki, son 30 ildə torpaqları işğal olunan ölkə məhz Azərbaycan olub. Bir milyondan çox məcburi köçkünün olduğu ölkə də Azərbaycandır. Belə olan halda Azərbaycanın davamlı tənqid olunması diskrimaniyadır. Buna soy qoymaq lazımdır.