Əhməd Şahidov Azərbaycanda media azadlığı və vətəndaş cəmiyyətinin durumu barədə ATƏT`də danışıb

Sentyabrın 30-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işinə başlayıb. 57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı illik toplantıda ATƏT coğrafiyasında insan haqları, fundamental azadlıqlar və münaqişələr müzakirə olunub.

Oktyabrın 2-də keçirilən müzakirələr “Fundamental azadlıqlar: Media azadlığı, hüquq müdafiəçiləri və jurnalistlərin təhlükəsizliyi” mövzusunda baş tutub. Müzakirələrdə yaxından iştirak edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda media azadlığı barədə danışıb.

Rəhbəri olduğu Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun uzun illərdir dövlət qeydiyyatına alınmadığını bildirən hüquq müdafiəçisi Əhməd Şahidov vətəndaş cəmiyyətinin qarşısında duran çətinliklərdən söz açıb.