Əhməd Şahidov ATƏT`in Varşava toplantısında İsraili tənqid etdi – Yaxın Şərqdə qətliam durmalıdır!

Sentyabrın 30-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işinə başlayıb. 57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı illik toplantıda ATƏT coğrafiyasında insan haqları, fundamental azadlıqlar və münaqişələr müzakirə olunub.

Oktyabrın 1-də keçirilən müzakirələr “Münaqişə zonalarında humanitar məsələlər və fundamental azadlıqlar” mövzusunda baş tutub. Müzakirələrdə yaxından iştirak edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ATƏT coğrafiyasında baş verən münaqişələr barədə söz açıb, Qərb ölkələrinin münaqişələrə münasibətdə sərgilədiyi ikili standartları sərt şəkildə tənqid edib və Yaxın Şərqdə davam edən qətliamlara diqqət çəkib.

İsrailin özünümüdafiə haqqını olduğunu normal qəbul edən hüquq müdafiəçisi Əhməd Şahidov Fələstin və Livanda minlərlə mülki insanın qətlinin durdurulmasını tələb edib və İsraili işğala son qoymağa çağırıb.

#İsrail #Fələstin #ATƏT #Avropa #müharibə