113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax rayonunda əsgər ailəsini ziyarət edib və əsgər anası Sürəyya xala ilə görüşüb.
Şəhid, Qazi və hərbi qulluqçuların ailələrinə hər zaman diqqət göstərdiyini bildirən Əhməd Şahidov 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə qələbə qazanacağı təqdirdə bir deputat kimi Şəhid, Qazi və hərbi qulluqçuların ailələrini xüsusi diqqətdə saxlayacağını bildirib.
#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər #Şəhid #Şəhidlər