113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu kəndlərində görüşlərini davam etdirir.
Qax rayonu Lələpaşa kəndini ziyarət edən və yerli sakinlərlə görüşlər keçirən Əhməd Şahidov kəndin qayğılarını öyrənib və yerli sakinlərin çətinlikləri ilə maraqlanıb.
Deputatlığa namizəd Əhməd Şahidov 1 Sentyabr tarixində keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər zamanı qələbə qazanacağı təqdirdə Lələpaşa kəndinin qayğılarını diqqət mərkəzində saxlayacağını bildirib və kənd sakinlərinin seçkilərdə fəal olmalarını istəyib.
#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər