Deputatlığa namizəd Əhməd Şahidov xaricdə təhsil almaq istəyən Qax və Şəki gənclərinə Romadan müraciət etdi

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov İtaliyann paytaxtı Roma şəhərindən növbəti video müraciətini yayımlayıb.

Qax və Şəki rayonlarında yaşayan və 18 yaşı yenicə tamam olmuş seçicilərinə müraciət edən Əhməd Şahidov xaricdə təhsil almaq istəyən gənclərə dəstək məqsədilə əlində olan imkanları səfərbər edəcəyini və beynəlxalq əlaqələrindən istifadə edərək, Qax və Şəki gənclərinin Avropanın nüfuzlu universitetlərində təhsil ala bilmələri üçün imkanları olduğunu bildirib.

Deputatlığa namizəd Əhməd Şahidov 1 Sentyabr tarixində keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər zamanı qələbə qazanacağı təqdirdə gənclərin xaricdə təhsil və karyera imkanlarının genişləndirilməsi üçün yorulmadan iş aparacağını bildirib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər