113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax rayonunun kəndlərində görüşlərini davam etdirir.
Qax rayonu Almalı kəndini ziyarət edən və yerli sakinlərlə görüşlər keçirən Əhməd Şahidov ilk növbədə Almalı kəndinin Şəhidlər Xiyabanını ziyarət edib.
Deputatlığa namizəd Əhməd Şahidov 1 Sentyabr tarixində keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər zamanı qələbə qazanacağı təqdirdə ilk növbədə Şəhid və Qazi ailələrinin məsələsini diqqət mərkəzində saxlayacağını və Azərbaycan Dövlətinin Şəhid və Qazi ailələrinə diqqət və qayğısının bundan sonra da davam edəcəyini bildirib.
#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov