Deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu İbaxlı kəndində sakinlərin qayğılarını müzakirə edib

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax rayonunun kəndlərində görüşlərini davam etdirir.

Qax rayonu İbaxlı kəndini ziyarət edən və yerli sakinlərlə görüşlər keçirən Əhməd Şahidov kəndin qayğılarını hər zaman diqqət mərkəzində saxlayacağını bildirib və kənd camaatına səslənərək, 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə fəal olmalarını istəyib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər