113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax rayonunda görüşlərini davam etdirir.
Qax rayonu Qum kəndini ziyarət edən Əhməd Şahidov kəndin yeni və müasir məktəbi ilə tanış olub və yerli sakinlərlə ayaqüstü söhbət edib. Əhməd Şahidov kəndin qayğılarını hər zaman diqqət mərkəzində saxlayacağını bildirib və kənd camaatına səslənərək, 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə fəal olmalarını istəyib.
#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər