Deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Malax kəndindən öz seçicilərinə müraciət edib

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax rayonunda görüşlərini davam etdirir.

Ata babasının doğulub boya-başa çatdığı Qax rayonu Malax kəndini ziyarət edən Əhməd Şahidov kənd sakinləri ilə səmimi söhbət edib və seçkilər barədə danışıb. Əhməd Şahidov kəndin qayğılarını hər zaman diqqət mərkəzində saxlayacağını bildirib və bütün kənd camaatına səslənərək, 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə fəal olmalarını istəyib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər