Deputatlığa namizəd Əhməd Şahidov Qaxın ustad xanəndəsi, qocaman ziyalı Hümmət Əliyevi ziyarət edib

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax rayonunda görüşlərini davam etdirir.

Uzun illər Qax rayonunda muğam sənətinin inkişafında əvəzsiz xidmətləri olan ustad xanəndə Hümmət Əliyevin evini ziyarət edən Əhməd Şahidov qocaman müəllimin ev şəraiti ilə tanış olub, Hümmət müəllimin qayğıları ilə yaxından tanış olub.

Azərbaycan dövlətinin hər zaman muğam sənətinə xüsusi diqqət və qayğı göstərdiyini bildirən Əhməd Şahidov ustad xanəndə Hümmət Əliyevin mənzil şəraitinin yaxşılaşdırılması üçün müvafiq dövlət qurumlarına müraciət edəcəyini deyib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər