Kənd ağsaqqalı gənclərə çağırış etdi – Deputatlığa namizəd Əhməd Şahidov Şəki rayonu Şin kəndində

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Şəki rayonunun kəndlərində görüşlərini davam etdirir.

Şəki rayonu Şin kəndini ziyarət edən və yerli sakinlərlə görüşlər keçirən Əhməd Şahidov kəndin 91 yaşlı ağsaqqalı ilə mehriban ünsiyyət qurub və seçkilər barədə danışıb. 91 yaşlı Şin kəndi sakini bütün kənd camaatına səslənərək, 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə fəal olmalarını istəyib.

1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə qələbə qazanacağı təqdirdə Şin kəndinin qayğılarını daim diqqətdə saxlayacağını bildirən Əhməd Şahidov kənd ağsaqqalından xeyir-dua alıb.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər