113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Şəki rayonunun kəndlərində görüşlərini davam etdirir.
Şəki rayonu Şin kəndini ziyarət edən və yerli sakinlərlə görüşlər keçirən Əhməd Şahidov kəndin qayğılarını yaxından öyrənib. 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə qələbə qazanacağı təqdirdə Şin kəndinin qayğılarını daim diqqətdə saxlayacağını bildirən Əhməd Şahidov yerli sakinləri maraqlandıran sualları cavablandırıb.
#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər