113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Şəki rayonunun kəndlərində görüşlərini davam etdirir.
Şəki rayonu Şin kəndini ziyarət edən və yerli sakinlərlə görüşlər keçirən Əhməd Şahidov kəndin 100 yaşlı ağbirçək sakini ilə səmimi söhbət edib. 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə fəal olacağını və səsvermədə iştirak edəcəyini deyən 100 yaşlı nənə Əhməd Şahidova xeyir-dua verib.
#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər