Deputatlığa namizəd Əhməd Şahidov Şəki rayonu Cunud kəndində yerləşən Şəhidlər Xiyabanını ziyarət etdi

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Şəki rayonunun kəndlərində görüşlərə başlayıb.

Şəki rayonu Cunud kəndini ziyarət edən və yerli sakinlərlə görüşlər keçirən Əhməd Şahidov ilk növbədə Cunud kəndinin Şəhidlər Xiyabanını ziyarət edib.

Deputatlığa namizəd Əhməd Şahidov 1 Sentyabr tarixində keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər zamanı qələbə qazanacağı təqdirdə ilk növbədə Şəhid və Qazi ailələrinin məsələsini diqqət mərkəzində saxlayacağını və Azərbaycan Dövlətinin Şəhid və Qazi ailələrinə diqqət və qayğısının bundan sonra da davam edəcəyini bildirib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər