Deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Qum kəndinin Şəhidlər Xiyabanını ziyarət edib

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Qum kəndini ziyarət edib.

Yerli sakinlərlə görüşlərə başlamazdan öncə Qum kəndinin Şəhidlər Xiyabanını ziyarət edən Əhməd Şahidov əziz Şəhidlərimizin xatirəsini yad edib və onların ruhuna dualar oxuyub.

Deputatlığa namizəd Əhməd Şahidov 1 Sentyabr tarixində keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər zamanı qələbə qazanacağı təqdirdə ilk növbədə Şəhid və Qazi ailələrinin məsələsini diqqət mərkəzində saxlayacağını və Azərbaycan Dövlətinin Şəhid və Qazi ailələrinə diqqət və qayğısının bundan sonra da davam edəcəyini bildirib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər