Deputatlığa namizəd Əhməd Şahidov Qaxın dəyərli ziyalısı mərhum İsako Zeynalaşvilinin ailəsini ziyarət edib

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax rayonunda gürcü sakinlərin yaşadığı Meşəbaş kəndində mərhum İsako Zeynalaşvilinin ailəsini ziyarət edib.

Qaxın dəyərli mədəniyyət xadimi, Qaxda Kukla Teatrının əsasını qoymuş İsako Zeynalaşvili 1974-cü ildə Tbilisi Teatr texnikumunu bitirib. Kukla teatrında yüzlərlə tamaşanın quruluşçu rejissoru olmuş mərhum sənətkar dəfələrlə quruluş verdiyi tamaşalarla beynəlxalq festivalların iştirakçısı və laureatı olub.

Bütün bunlarla yanaşı, gürcü əsilli rejissor bir çox Azərbaycan ədiblərinin əsərlərini gürcü dilinə tərcümə edib. O, görkəmli dramaturq Əli Əmirlinin 1993-cü ildə qələmə aldığı məşhur “Bala bəla sözündəndir?” komediyasını “Çağırış vərəqəsi” adı ilə gürcü dilinə tərcümə edərək Qax rayonunun Əlibəyli kəndində yerləşən Azərbaycan Dövlət Gürcü Teatrında tamaşaya qoyub. İ. Zeynalaşvili həmin tamaşanın həm də quruluşçu rejissoru olub.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov