Deputatlığa namizəd Əhməd Şahidov xristian seçicilərə səsləndi – Vatikandan Qax və Şəki sakinlərinə müraciət


113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax və Şəki rayonlarında yaşayan xristian dini inanclı sakinlərə müraciət edib.

Vatikandan müraciət edən Əhməd Şahidov Azərbaycanın multikultural bir ölkə olduğunu və bütün dini inanclara sahib insanların rahat və mehriban şəkildə yaşadığını qeyd edib. 1 Sentyabr tarixində keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər zamanı qələbə qazanacağı təqdirdə Qax və Şəki sakinlərinə yorulmadan xidmət edəcəyini qeyd edən Əhməd Şahidov Qax və Şəki rayonlarında yaşayan xristian sakinlərdən seçki günü fəal olmağı və səsvermədə iştirak etmələrini istəyib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər