113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Ağçay kəndini ziyarət edib.
44 günlük İkinci Qarabağ Müharibəsində Ağçay kəndinin yeganə Şəhidi Seymur Məmmədlinin məzarını ziyarət edən Əhməd Şahidov Allahdan Şəhidimizə rəhmət diləyib, Seymur Məmmədlinin əziz xatirəsini ehtiramla yad edib.
Deputatlığa namizəd Əhməd Şahidov 1 Sentyabr tarixində keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər zamanı qələbə qazanacağı təqdirdə ilk növbədə Şəhid və Qazi ailələrinin məsələsini diqqət mərkəzində saxlayacağını və Azərbaycan Dövlətinin Şəhid və Qazi ailələrinə diqqət və qayğısının bundan sonra da davam edəcəyini bildirib.
#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər