“Şəki və şəkililər mənə çox doğmadır” – Deputatlığa namizəd Əhməd Şahidov Şəki rayonu sakinlərinə müraciət etdi

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov bugün Şəki rayonu sakinlərinə müraciət edib.

Şəki rayonunda görüşlərə başlamazdan öncə Şəki sakinlərinə müraciət edən Əhməd Şahidov 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə fəal olmağı və hamılıqla səsvermədə iştirak etməyi tövsiyyə edib. Şəki və şəkililəri özünə doğma və əziz sayan Əhməd Şahidov Milli Məclisdə şəkililəri təmsil etməyin şərəfli və məsuliyyətli olduğunu bildirib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər