“Bitərəf deyiləm, Dövlətimin tərəfindəyəm” – deputatlığa namizəd Əhməd Şahidov Qax və Şəki sakinlərinə müraciət edib

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax və Şəki rayonlarında yaşayan seçicilərinə növbəti müraciətini edib.

Avqustun 9-dan başlayaraq, Qax və Şəki rayonlarında yaşayan sakinlərlə görüşlər keçirdiyini bildirən Əhməd Şahidov hər zaman Dövlətə və dövlətçiliyə bağlı olduğunu və xarici təşkilatlarda Azərbaycanı layiqincə müdafiə etdiyini bildirib. Heç bir siyasi partiyanın üzvü olmadığını deyən Əhməd Şahidov Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin tərəfində olduğunu qeyd edərək, 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə də dövlətcil insanlardan səs gözlədiyini bildirib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov