113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Macarıstanın paytaxtı Budapeşt şəhərindən öz seçicilərinə – Qax və Şəki rayonu sakinlərinə video müraciət edib.
Azərbaycan-Macarıstan əlaqələri barədə danışan Əhməd Şahidov iki ölkə parlamentlərinin qarşılıqlı əməkdaşlığı və bu sahədə millət vəkillərinin üzərinə düşən vəzifələr barədə söz açıb. 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə fəal olmağı və hamılıqla səsvermədə iştirak etməyi tövsiyyə edən Əhməd Şahidov deputat seçiləcəyi təqdirdə Azərbaycanı beynəlxalq təşkilatlarda layiqincə təmsil edəcəyini də vurğulayıb.
#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov