Deputatlığa namizəd Əhməd Şahidov Qax və Şəki rayonlarının mədəniyyət və incəsənət adamlarına müraciət edib

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov bugün Qax və Şəki rayonlarında yaşayan və fəaliyyət göstərən mədəniyyət və incəsənət adamlarına – teatr işçiləri, aktyor, müğənni, rejissor və musiqiçilərə müraciət edib.

Qax və Şəki rayonlarında ən çox mədəniyyət və incəsənət adamları ilə ünsiyyətdə olduğunu və onlarla yaxından dostluq etdiyini bildirən Əhməd Şahidov özünün də sözə və sənətə bağlı olduğunu deyib və 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə fəal olmağı və hamılıqla səsvermədə iştirak etməyi tövsiyyə edib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər