Deputatlığa namizəd Əhməd Şahidov Vaşinqtondan Qax və Şəki sakinlərinə müraciət etdi

ABŞ`da işgüzar səfərdə olan 113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Vaşinqtonda Ağ Evin qarşısından Qax və Şəki sakinlərinə müraciət edib.

1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə fəal olmağı və hamılıqla səsvermədə iştirak etməyi tövsiyyə edən Əhməd Şahidov Azərbaycanı xarici ölkələrdə və beynəlxalq təşkilatlarda layiqincə təmsil etdiyini və deputat seçiləcəyi təqdirdə Vətənə və Dövlətə daha böyük xidmətlər edəcəyini bildirib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər