Deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Tanqıt kəndində görüş keçirib

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Tanqıt kəndini ziyarət edib.

Tanqıt kəndinin mərkəzində kənd sakinləri ilə ayaqüstü görüş keçirən Əhməd Şahidov sakinlərin qayğıları ilə maraqlanıb, 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə fəal olmağı və hamılıqla səsvermədə iştirak etməyi tövsiyyə edib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər