Deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Güllük kəndinin qocaman ziyalısı Hüseyn müəllimlə görüşüb

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Güllük kəndində görüşlərə başlayıb.

Kənd sakinləri ilə görüşən Əhməd Şahidov 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə fəal olmağı və hamılıqla səsvermədə iştirak etməyi tövsiyyə edib.

Güllük kəndinin qocaman ziyalısı və fədakar müəllimi Hüseyn Mütəllibovla görüşən Əhməd Şahidov bu barədə sosial şəbəkələrdə paylaşım edib: “Qax rayonu Güllük kəndində dəyərli ziyalı, qocaman müəllim və fədakar vətəndaş Hüseyn Mütəllibovla görüşdüm. Mən Hüseyn əmi qədər mərd, cəsarətli və fədakar insan tanımıram. Mənə güc verən belə insanlardır. Belə insanları Milli Məclisdə təmsil etmək böyük şərəf və məsuliyyətdir.”

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #Şəhidlər