Deputatlığa namizəd Əhməd Şahidov Şəhid Samsun Babayevin ailəsini ziyarət edib – Qax rayonu Qapıçay kəndi


113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov bugün Qax rayonu Qapıçay kəndində Şəhid Samsun Babayevin ailəsini ziyarət edib.

Azərbaycan Respublikasının bölünməzliyi və müdafiəsi uğrunda canından keçmiş qəhrəman Şəhidimizin ailəsini ziyarət edən Əhməd Şahidov 1 Sentyabr tarixində keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər zamanı qələbə qazanacağı təqdirdə ilk növbədə Şəhid və Qazi ailələrinin məsələsini diqqət mərkəzində saxlayacağını və Azərbaycan Dövlətinin Şəhid və Qazi ailələrinə diqqət və qayğısının bundan sonra da davam edəcəyini bildirib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #Şəhidlər