84 yaşlı kənd ağsaqqalı ilə seçkilər barədə səmimi söhbət – Qax rayonu Zəyəm kəndi

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov bugün Qax rayonu Zəyəm kəndində görüşlər keçirib.

Kənd camaatı ilə bir-bir görüşən Əhməd Şahidov yaşlı bir ağsaqqalla səmimi söhbət edib. 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə fəal şəkildə iştirak edəcəyini bildirən 84 yaşlı kənd sakini Qax sakinlərinin qayğılarını düşünən və bu barədə Milli Məclisdə danışacaq namizədə səs verəcəklərini deyib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #Şəhidlər