Qocaman təhsil işçisi və Şəhid bacısı Narıngül Əmranova ilə görüş – Qax rayonu Zəyəm kəndi


113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov bugün Qax rayonu Zəyəm kəndində görüşlər keçirib.

Ömrünün 40 ilini müəllimə kimi xalqına xidmət edən qocaman təhsil işçisi və Şəhid bacısı Narıngül Əmranova ilə görüşən Əhməd Şahidov ağbirçək müəlliməyə can sağlığı və uzun ömür arzulayıb və Şəhid Əmran Cabbaroğlunun ruhuna dualar oxuyub.

Qax rayonu Zəyəm kəndində riyaziyyat müəlliməsi işləyən Narıngül müəllimə həm də Şəhid bacısıdır. Qardaşı Əmran Cabbaroğlu I Qarabağ Müharibəsində Şəhid olub.

Qax rayonu Zəyəm kənd orta məktəbi Şəhid Əmran Cabbaroğlunun adını daşıyır.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #Şəhidlər