113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov bugün Şəki rayonunda Şəhidlər Xiyabanını ziyarət edib.
44 günlük İkinci Qarabağ Müharibəsində Şəki rayonundan 56 nəfərin Şəhid olduğunu bildirən Əhməd Şahidov Qəhrəman Şəhidlərimizin əziz xatirəsini yad edib və onların ruhuna dualar oxuyub.
Azərbaycan Respublikasının bölünməzliyi və müdafiəsi uğrunda canından keçmiş qəhrəman Şəhidlərimizi ziyarət edən Əhməd Şahidov 1 Sentyabr tarixində keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər zamanı qələbə qazanacağı təqdirdə ilk növbədə Şəhid və Qazi ailələrinin məsələsini diqqət mərkəzində saxlayacağını və Azərbaycan Dövlətinin Şəhid və Qazi ailələrinə diqqət və qayğısının bundan sonra da davam edəcəyini bildirib.
#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #Şəhidlər