Deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Zəyəm kəndində görüşlərə başlayıb

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov bugün Qax rayonu Zəyəm kəndində görüşlər keçirib.

Zəyəm kəndinin mərkəzində yerli sakinlərlə ayaqüstü görüş keçirən Əhməd Şahidov 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə fəal iştirak etməyə və layiqli namizədə səs verməyə çağırıb.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #Şəhidlər