113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov bugün Qax və Şəki rayonlarında yaşayan və fəaliyyət göstərən müəllimlərə və təhsil işçilərinə müraciət edib.
“Təhsil millətin gələcəyidir” kəlamı ilə çıxışına başlayan Əhməd Şahidov tarixin bütün dönəmlərində Ulu Öndər Heydər Əiyevin təhsilə böyük önəm verdiyini və Azərbaycan cəmiyyətində müəllimin hər zaman xüsusi çəkisinin olduğunu bildirib.
1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə Qax və Şəki rayonlarında yaşayan və fəaliyyət göstərən müəllimlərə mürciət edən Əhməd Şahidov onları seçkilərdə fəal olmağa və bir vətəndaş olaraq, səsvermə günü layiqli namizədə səs verməyə çağırıb.
#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov