113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov bugün Qax rayonu Şotavar kəndində Şəhid Cuma Cumazadənin ailəsini ziyarət edib.
Şəhid və Qazi ailələrinə hər zaman diqqət göstərdiyini bildirən Əhməd Şahidov 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə qələbə qazanacağı təqdirdə bir deputat kimi Şəhid ailələrini xüsusi diqqətdə saxlayacağını bildirib.
Daha sonra Şəhid atası Saleh kişi ilə birlikdə Şotavar kəndinin Şəhidlər Məzarlığını ziyarət edən Əhməd Şahidov Şəhid Cuma Cumazadənin ruhuna dualar oxuyub.
#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov