113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şair oğlu Şahidov Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən ATƏT`in mənzil qərargahından öz seçicilərinə müraciət edib.
Son 10 ildir ki, dünyanın müxtəlif ölkələrində Azərbaycan naminə çıxışlar edən, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, BMT və digər nüfuzlu beynəlxalq platformalarda Azərbaycan dövlətini müdafiə edən hüquq müdafiəçisi Əhməd Şahidov 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə fəal olmağı və hamılıqla səsvermədə iştirak etməyi tövsiyyə edib.
#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov