113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şair oğlu Şahidov bugün Qax rayonu Zərnə kəndini ziyarət edib.
Özünün böyüyüb boya-başa çatdığı Zərnə kəndindən bütün rəqiblərinə uğurlar arzulayan Əhməd Şahidov maraqlı seçki yarışının baş tutacağını bildirib və rəqibləri ilə sağlam rəqabət şəraitində mübarizə aparacağını qeyd edib.
1 Sentyabr günü qələbə qazanacağını bildirən Əhməd Şahidov sonda rəqiblərinə səslənərək “1 Sentyabrda qələbə bizim olacaq. Qələbə Əhməd Şahidovun olacaq” deyib.
#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov