Deputatlığa namizəd Əhməd Şahidov Qax və Şəki sakinlərinə ilk müraciətini etdi

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şair oğlu Şahidov bugün öz seçicilərinə – Qax və Şəki sakinlərinə ilk video müraciətini edib.

Əhməd Şahidov 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərin tarixi əhəmiyyətinə toxunub və müstəqillik tarixində ilk dəfə Azərbaycan Respublikasının bütün şəhər və kəndlərində Parlament seçkilərinin keçirildiyini bildirib.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini və dövlət suverenliyini bərpa etdiyini bildirən Əhməd Şahidov bu qələbənin qazanılmasında əziz Şəhidlərimizin, qəhrəman qazilərimizin və bütün həyatını Azərbaycana həsr etmiş Ali Baş Komandan İlham Əliyevin böyük zəhmətinin olduğunu bildirib.

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov bugündən etibarən Qax və Şəki rayonlarında seçicilərlə görüşlərə start verib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov