İran İslam Respublikasında keçirilən seçkilərdə kimin qələbə qazanacağı bütün dünyada maraqla izlənilir. İslahatçılarla mühafizəkarların qızğın mübarizəsi şəraitində gedən bu seçkilər eyni zamanda Türk və Fars nümayəndələrin gərgin yarışı da adlana bilər.
Mövzu ilə bağlı ARB24 Televiziyasına müsahibə verən hüquq müdafiəçisi Əhməd Şahodov bildirib ki, İrandakı seçkilərin nəticələrindən asılı olmayaraq, Tehranın xarici siyasətində hər hansı bir dəyişiklik müşahidə edilməyəcək. Lakin bu seçkilər İran daxilində islahatçılarla mühafizəkarlar arasında ciddi uçurumun olduğunu bir daha ortaya çıxarmış oldu.