Macarıstan-Azərbaycan münasibətləri: Ramil Səfərov hadisəsi – Əhməd Şahidov Budapeştdən şərh edir

Əziz dostlar. Dəyərli izləyicilər. Hamınızı xoş gördük.

Bugün sizləri Macarıstanın paytaxtı Budapeşt şəhərindən salamlayıram.

Azərbaycan-Macarıstan əlaqələri üzərinə bir-iki kəlmə danışmaq istəyirəm bugün.

Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur.

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir.

Çünki Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.

2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub.

Macarıstanda səfirlyimizin açılması azərbaycanlı zabit Ramil Səfərovun Budapeştdə olarkən erməni zabit Qurgen Markaryanı öldürməsindən sonra bizim üçün şərt oldu. Çünki, Ramil Səfərovun Macarıstanda həbs edilməsi Azərbaycanın qarşısında yeni hədəflər ortaya çıxardı. Azərbaycan bayrağını təhqir edən bir erməni zabitini cəzalandıran Ramil Səfərov sağ-salamat Azərbaycana geri qayıtmalıdır. Məhz bundan sonra Azərbaycan və Macarıstan arasında intensiv əlaqələr inkişaf etdirildi.