Almaniya-Azərbaycan münasibətləri: gizli təhdid hardan qaynaqlanır? – Əhməd Şahidov Berlindən şərh edir

Əziz dostlar. Dəyərli izləyicilər. Hamınızı xoş gördük.

Bugün Almaniyanın paytaxtı Berlin şəhərindən salamlayıram sizi.

Bugün burada Brandenburq qapılarının qarşısından sizlərə danışmaq istədim.

Berlinə bu dəfəki səfərimiz çərçivəsində bir sıra beyin mərkəzində görüşlər keçirdik və alman həmkarlarımızla maraqlı söhbətlərimiz oldu.

Almaniya Avropa İttifaqının ən böyük, güclü və aparıcı ölkəsidir. Avropanın daxili və xarici siyasətini müəyyən edən ölkə də adlandıra bilərik.

Çünki, ilk növbədə iqtisadiyyatı güclüdür. Güclü orduya və infrastruktura malikdir.

Almaniya ilə əlaqələri müsbət məcrada saxlamaq Azərbaycan üçün də faydalıdır.